“Müdafiə qabiliyyətini gücləndirmək üçün resursları artırırıq” - İrakli Çikovani

11:18 25.07.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Müdafiə qabiliyyətini gücləndirmək və hərbi qulluqçuların sosial şəraitini yaxşılaşdırmaq üçün ildən-ilə daha çox resurs sərf edirik”.

Hafta.az-ın yazdığına görə, bunu Gürcüstan baş nazirinin müavini və müdafiə naziri İrakli Çikovani deyib.

Onun sözlərinə görə, ilk növbədə, resurs müdafiə qabiliyyətinin imkanlarının, konkret hissəsi isə sosial siyasət nöqteyi-nəzərindən gücləndirilməsinə yönəldiləcək.

Nazir, artırılmış büdcənin eləcə də müdafiə qurumunda mövcud mühüm layihə və uzunmüddətli planlara yönəldildiyini, baş nazir və ümumiyyətlə, hökumətlə bunun üzərində intensiv işlədiyini bildirib.

“Gürcüstanın müdafiə qabiliyyətinin güclənməsini, əsgər və zabitlərimizin sosial şəraitinin yaxşılaşdırılmasına resursların yönəldilməsinin vacibliyini çox yaxşı başa düşən komanda ilə işləmək mənim üçün xoşdur. 2025-ci il və daha uzunmüddətli dövrlə bağlı müəyyən yeniliklər olacaq”, – deyə İrakli Çikovani bildirib.